Xaçmazda TIR-la "Mercedes" toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Xaçmazda TIR-la "Mercedes" toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

***

16.27

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində qısa müddətdə Xaçmaz-Xudat yolu bağlanıb.

Faktla bağlı araşdırma aparılır.