İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsini məhv edib

İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsini məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında HƏMAS-ın böyük tunel şəbəkəsini aşkar edərək məhv edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Öncə HƏMAS üzvləri İsrail əsgərlərinə atəş açıb, daha sonra qoşunların anklavın cənubunda aşkar edilmiş yeraltı silah və raket istehsalı obyektinə daxil olmasının qarşısını almaq üçün bir neçə tunelin girişini partladıb.

Sonradan İsrail hərbçiləri tunellərə giriş əldə edə biliblər. Bu tikililər istehkamçılar tərəfindən dağıdılıb.