Xaçmazda TIR-la "Mercedes" toqquşub, xəsarət alanlar var - FOTO

Xaçmazda TIR-la "Mercedes" toqquşub, xəsarət alanlar var - FOTO

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində qısa müddətdə Xaçmaz-Xudat yolu bağlanıb.

Faktla bağlı araşdırma aparılır.