"Bavariya" avrokuboklarda son 13 ildə ilk dəfə İtaliya klubuna uduzub

"Bavariya" avrokuboklarda son 13 ildə ilk dəfə İtaliya klubuna uduzub

Almaniya təmsilçisi "Bavariya" avrokuboklarda son 13 ildə ilk dəfə İtaliya klubuna məğlub olub.

"Report" xəbər verir ki, münhenlilər fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya uduzublar (0:1).

Bundan əvvəl “Bavariya” sonuncu dəfə 2011-ci ildə İtaliya klubu ilə bacarmayıb. Almaniya komandası Çempionlar Liqasında elə həmin mərhələdə “İnter”ə məğlub olub - 2:3.

Qeyd edək ki, "Bavariya" ilə "Latsio" arasında 1/8 final mərhələsinin cavab oyunu martın 5-də Münhendə keçiriləcək.