Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft hasilatı üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1,7 mln. barel artaraq 103,8 mln. barel çatacağını ehtimal edir (öncəki proqnoz – 103,5 mln. barel).

Bildirilir ki, qlobal neft hasilatının artımı ABŞ, Braziliya, Qayana və Kanada hesabına mümkün olacaq. Proqnoza əsasən, qeyd ölkələr gələn il hasilatı 1,4 mln. barel artıracaq.