ABŞ səfiri: Ukraynaya dəstək vermək Azərbaycanın marağındadır

ABŞ səfiri: Ukraynaya dəstək vermək Azərbaycanın marağındadır

“ABŞ-nin Ukraynaya hərbi dəstəyi vacibdir. Buraya ABŞ və Avropanın, eyni zamanda, Azərbaycanın yardımı da daxildir”.

Birxeber.Az xəbər verir ki, bunu ABŞ səfiri Mark Libbi yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin siyasəti və niyyəti odur ki, Ukraynaya yardım etsin.

Səfir Ukraynaya yardımın təsdiqlənməsi ilə bağlı ABŞ Konqresindəki məsələyə toxunaraq deyib ki, belə hallar həqiqi demokratiyada baş verir.

“Fikir ayrılığı, müəyyən məsələlərlə bağlı uzun müzakirələr normaldır”, - o əlavə edib.

Diplomat qeyd edib ki, yardım paketinin təsdiqlənməsi istiqamətində proses davam edir: “İndiyə qədər olan siyasi xətt göstərir ki, bu yardım davam etməlidir. Mən hər şeyin bitdiyinə inanmıram. Ukraynaya dəstək vermək həm ABŞ-nin, həm də hesab edirəm ki, Ukraynanın qonşuluğunda olan ölkələrin, o cümlədən Azərbaycanın marağındadır”.