IEA 2024-cü ildə qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb

IEA 2024-cü ildə qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft hasilatı ilə bağlı proqnozunu rekord göstəriciyə - gündəlik 103,8 milyon barelə çatdırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə IEA-nın aylıq hesabatında qeyd edilib.

“OPEC+”a daxil olmayan ölkələrin hasilatı bununla bağlı proqnozları hələ də üstələdiyinə görə, 2024-cü ildə illik hasilatın 1,7 milyon barel artaraq rekord göstəriciyə - 103,8 milyon barelə çatacağı gözlənilir”, - hesabatda vurğulanıb.

Qeyd edək ki, ötən ay IEA bu il neft hasilatının gündəlik 103,5 milyon barelə qədər artacağını proqnozlaşdırmışdı.

Hasilatın ABŞ, Braziliya, Qayana və Kanada hesabına artması gözlənilir. Bu ölkələr birgə neft hasilatını gündəlik 1,4 milyon barel artıracaq. Bununla da ardıcıl dördüncü il qlobal hasilat artımının yarısından çoxu ABŞ-nin payına düşəcək.