“Qarabağ”la “Braqa”nın təxmini “11-lik”ləri müəyyənləşib

“Qarabağ”la “Braqa”nın təxmini “11-lik”ləri müəyyənləşib

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” ilə Portuqaliya klubu “Braqa”nın təxmini “11-lik”ləri müəyyənləşib.

“Report”un Portuqaliya mətbuatına istinadən məlumatına görə, hər iki komanda meydana itkilərlə çıxacaq.

Meydan sahiblərindən Adrian Marin və Bruma, qonaqlardan isə Kevin Medina ilə Marko Veşoviç görüşü buraxacaqlar. Azərbaycan çempionunda Medinanın yerini Bədavi Hüseynov tutmalı, Veşoviçin boşluğunu isə Mateus Silva doldurmalıdır.

“Braqa”da fiziki cəhətdən ideal formada olmayan kapitan Rikardo Ortanın ilk dəqiqələrdən iştirakı gözlənilir.

“Braqa”nın təxmini start heyəti: Mateus Lima, Viktor Qomes, Xose Fonte, Paulu Oliveyra, Kristian Borxa, Vitor Karvalyu, Joau Moutinyu, Alvaro Calo, Rodriqo Salasar, Rikardo Orta, Abel Ruis.

“Qarabağ”ın təxmini start heyəti: Andrey Lunyov, Mateus Silva, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Julio Romao, Leandro Andrade, Aleksey İsayev, Marko Yankoviç, Abdullah Zubir, Olavio Juninyo.

Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.