Aleksandr Lukaşenko Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Aleksandr Lukaşenko Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edib.

“Birxeber.Az” bu barədə BELTA-ya istinadən xəbər verir.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”, - Aleksandr Lukaşenko görüş zamanı vurğulayıb.

O, həmçinin maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.