Münxendə Azərbaycan Prezidenti ilə Almaniya Kansleri arasında görüş olacaq

Münxendə Azərbaycan Prezidenti ilə Almaniya Kansleri arasında görüş olacaq

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.

“Birxeber.Az”un məlumatına görə, bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.

“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - Olaf Şolts yazıb.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.