Səfir: ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir

Səfir: ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir

ABŞ və Azərbaycan uzunmüddətli əməkdaşlıq tarixinə malikdir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“Burada olduğum üçün çox şadam. ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Mənim burada prioritetlərim enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələləri olacaq. Biz artıq bu məsələlərlə bağlı yüksək səviyyəli dialoq aparırıq”, - o bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Bakı investisiya sahəsində əməkdaşlığı davam etdirəcək, insanlar arasında əlaqələrin möhkəmlənməsini təmin edəcəklər.