DVX rəisi: Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanması işlərinə başlanılıb

DVX rəisi: Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanması işlərinə başlanılıb

Yeni Vergi Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulub ki, bu da daha sadə, daha anlaşılan Vergi Məcəlləsinin formalaşmasına xidmət edəcək.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

Vergi Məcəlləsinin tərtibi ilə tədbirlər planı nəzərdə tutulub. Bu tədbirlər planına işçi qrupunun yaradılması, xarici təcrübənin öyrənilməsi, yol xəritəsinin tərtibi və ictimai müzakirələr daxil edilib.