ABŞ-nin Suriyadakı bazası raket atəşinə tutulub

ABŞ-nin Suriyadakı bazası raket atəşinə tutulub

“İraqın İslam Müqaviməti” hərəkatına aid silahlı birləşmələr Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə "Sham FM" radiostansiyası məlumat yayıb.

Yaraqlılar reaktiv yaylım atəş sistemlərindən hərbi obyektə iki dəfə atəş açıblar. Şahidlər bazada partlayışlar barədə məlumat veriblər.

Raket zərbələrinin digər təfərrüatları açıqlanmır.

ABŞ-nin Suriya və İraqdakı hərbi obyektləri Yaxın Şərqdə hərbi gərginliyin başladığı 2023-cü ilin oktyabrından 140 dəfə hücuma məruz qalıb.