BMT COP29-a görə dəstəyini təklif edib

BMT COP29-a görə dəstəyini təklif edib

"Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik".

APA xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirilib.

“Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram”, - məktubda qeyd olunub.