Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür

Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
birxeber.az xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 6 il ötür.
Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
QARABAĞ QARABAĞ
Qarabağ atlarının biomaterial bankı yaradılıb - FOTO

Qarabağ atlarının biomaterial bankı yaradılıb - FOTO

QARABAĞ QARABAĞ
Gürcüstan nümayəndələri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb

Gürcüstan nümayəndələri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb

QARABAĞ QARABAĞ
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir

QARABAĞ QARABAĞ
Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”

Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”

QARABAĞ QARABAĞ
Prezident: "Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir"

Prezident: "Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir"

QARABAĞ QARABAĞ
Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

QARABAĞ QARABAĞ
“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib

“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib

QARABAĞ QARABAĞ
İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

QARABAĞ QARABAĞ
Fərid Şəfiyev: "Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər ərazilərdə yerləşdirməkdir"

Fərid Şəfiyev: "Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər ərazilərdə yerləşdirməkdir"

QARABAĞ QARABAĞ
Gürcü psixoloq: "Şuşaya səfərimiz çox önəmlidir"

Gürcü psixoloq: "Şuşaya səfərimiz çox önəmlidir"

QARABAĞ QARABAĞ
Brenda Şafer: "Azərbaycan torpaqlarının kütləvi minalanmasına beynəlxalq birlik yol verdi"

Brenda Şafer: "Azərbaycan torpaqlarının kütləvi minalanmasına beynəlxalq birlik yol verdi"

QARABAĞ QARABAĞ
Azərbaycan Prezidenti Zəngilan və Laçın hava limanlarının açılışı ilə bağlı məlumat verdi

Azərbaycan Prezidenti Zəngilan və Laçın hava limanlarının açılışı ilə bağlı məlumat verdi