Stoltenberq ABŞ-nin Ukraynaya yardımla bağlı qərar verə bilməməsindən danışıb

Stoltenberq ABŞ-nin Ukraynaya yardımla bağlı qərar verə bilməməsindən danışıb

Biz ABŞ-nin Ukraynaya yardım ayırması ilə bağlı qərar verə bilməməsi faktının təsirini artıq görürük.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Baş katib ABŞ-ın bu yardımın təsdiqlənməsi ilə bağlı qısa zamanda qərar verəcəyinə ümid etdiyini qeyd edib:

“Konqres və Nümayəndələr Palatasının Ukraynaya davamlı dəstəyə razılaşacağına inanıram, çünki biz Prezident Putinin qalib gəlməsinə icazə versək, bu, təkcə, ukraynalılar üçün faciə deyil, həm də bizim üçün təhlükəli olacaq. Ona görə də Ukraynaya yardım bizim təhlükəsizlik marağımızdır”.