Digər dövlətdə qeydiyyatda olan mülki təyyarələrin heyətinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq

Digər dövlətdə qeydiyyatda olan mülki təyyarələrin heyətinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq

Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydasını hazırlamalıdır.