Hava limanlarının dövlət qeydiyyatına alınması qaydaları təsdiqlənəcək

Hava limanlarının dövlət qeydiyyatına alınması qaydaları təsdiqlənəcək

Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması qaydaları hazırlanacaq.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması qaydalarını hazırlamalıdır.

Bu müddət ərzində, hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələbləri də müəyyənləşməlidir.