İnvestisiya Holdinqinə yeni səlahiyyət verilib

İnvestisiya Holdinqinə yeni səlahiyyət verilib

Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə dəyişiklik edilib.

Birxeber.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyət verilib.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının vəzifələri sırasına əlavə edilib.