Azad edilmiş ərazidə qadın minaaxtaranların fəaliyyəti ilə bağlı media-tur təşkil olunub - FOTO - YENİLƏNİB

Azad edilmiş ərazidə qadın minaaxtaranların fəaliyyəti ilə bağlı media-tur təşkil olunub - FOTO - YENİLƏNİB

Minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətinin işıqlandırılması məqsədilə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə media-tur təşkil olunub.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Al) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.

BAMF-ın prezidenti Umud Mirzəyevin rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komandası yaradılıb.

Layihə heyəti üçün 19 iyun 2023-cü il tarixində başlayan və Minalar üzra Məsləhət Qrupunun (MAG) təlimçiləri tərətindən ANAMA va BAMF-ın dəstəyi ilə keçirilən minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən bütün komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda, ümumilikdə 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri və onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir. Hər iki komanda Ağdam rayon Nəmirli kəndi ərazisində fəaliyyətini davam etdirir. Ümumilikdə isə indiyədək, 595 min 258 kvadratmetr ərazi təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

***

11.53

Minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətinin işıqlandırılması məqsədilə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə media-tur təşkil olunub.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib.

BAMF-ın prezidenti Umud Mirzəyev qadın minaaxtaranlar layihəsi haqqında məlumat verib.

BAMF-ın nümayəndsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.