XİN: "Azad edilən ərazilərdə mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq səylər artırılmalıdır"

XİN: "Azad edilən ərazilərdə mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq səylər artırılmalıdır"

"Azərbaycanın işğaldan azad edilən ərazilərində mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq səylərin artırılması vacibdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşdə deyib.

Nazir 2022-ci ilin Azərbaycan-BMT üzvlüyünün 30-cu ildonümü baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu xüsusda istər Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, istərsə də Bakıda təşkil edilmiş mühüm təşəbbüslərdən söz açıb və BMT-nin fəal üzvlərindən biri kimi Azərbaycanın bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyi xatırlanıb.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud cari vəziyyət, o cümlədən Ermənistanın genişmiqyaslı təxribatları, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bu xüsusda, nazir sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesindən bəhs edərək ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edib.

T.Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib və bu gün BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş və Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirən fotosərginin əhəmiyyətindən bəhs edib. İlk dəfə Azərbaycanda həyata keçirilən layihənin hədəfinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək və onların reallaşmasına töhfə vermək olduğunu bildirib. Görüşdə T.Valovaya, eyni zamanda sülh prosesi üzrə səyləri yüksək qiymətləndirib.

Görüşdə tərəflər, həmçinin BMT gündəliyinin müxtəlif aspektləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.

Xarici siyasət Xarici siyasət
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırır

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırır

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib

Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov qambiyalı həmkarını post-münaqişə dövründə bölgədəki vəziyyət barədə məlumatlandırıb

Ceyhun Bayramov qambiyalı həmkarını post-münaqişə dövründə bölgədəki vəziyyət barədə məlumatlandırıb

Xarici siyasət Xarici siyasət
XİN rəhbəri Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlayıb

XİN rəhbəri Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlayıb

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir"

Prezident: "Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir"

Xarici siyasət Xarici siyasət
Prezidentin köməkçisi İsrail Knessetinin komitə sədri ilə görüşüb

Prezidentin köməkçisi İsrail Knessetinin komitə sədri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Sədr müavini: “Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımız bir çox problemlərlə qarşılaşırlar”

Sədr müavini: “Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımız bir çox problemlərlə qarşılaşırlar”

Xarici siyasət Xarici siyasət
Əhliman Əmiraslanov: “15 iyulda Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi”

Əhliman Əmiraslanov: “15 iyulda Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi”

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Prezident: “Əgər Ermənistan konstruktiv olmasa, yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq”

Prezident: “Əgər Ermənistan konstruktiv olmasa, yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: “Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolunun blokadada saxlanması iddiasını rədd edirik”

Ayxan Hacızadə: “Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolunun blokadada saxlanması iddiasını rədd edirik”