Bakıda “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub

Bakıda “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub

Qərbi Azərbaycan türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub.

"Birxeber.Az"un məlumatına görə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırladığı film qərbi azərbaycanlıların öz torpaqlarından zorla köçürülməsi haqqında tarixi faktları əks etdirir.

Filmin təqdimat mərasimində iştirak edən deputat, ictimaiyyət və media nümayəndələri, tarixçilər və gənclər mövzu ətrafında fikirlərini bölüşüblər.

Qərbi azərbaycanlı ziyalılar və tarixçilər gəncləri həmin dövrün acı tarixi haqqında məlumatlandırıb, sənədli faktları açıqlayıblar.