Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb

Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb

Bu ilin yanvar ayında Naxçıvan şəhərində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün lazımi işlər görülüb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, elektrik hava xəttində olan 1 yarımstansiyada yenidənqurma işləri aparılıb və 1 yarımstansiyada 630 kVA gücündə transformator quraşdırılıb. Ay ərzində istismara yararsız dirəklər yenisi ilə əvəz olunub və yeni tikilmiş yaşayış evlərinə 23 ədəd smartkart tipli sayğac quraşdırılıb.