Naxçıvanda 2 700 metrlik yeni su xətti çəkilir

Naxçıvanda 2 700 metrlik yeni su xətti çəkilir

Naxçıvan şəhərinin su-kanalizasiya idarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2700 metrlik su boru xəttinin çəkilişinə başlayıb.

Bu barədə "Report"un yelri bürosuna idarədən bildirilib.

Məlumata görə, ötən ay magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb. Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub.