DVX-nin 2024-2030-cu illər üçün strategiyası təqdim edilib

DVX-nin 2024-2030-cu illər üçün strategiyası təqdim edilib

Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə stategiyasının əsas misiyası büdcə gəlirlərinin təmin edilməsi, vergidən yayınmanın və qanunsuz vergi üstünlüyünün qarşısının alınmasıdır.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, strategiyanın əsas 5 istiqaməti var: "Bu istiqamətlərin birincisi könüllü əməletmənin təşviqi, ikincisi vergidən yayınma ilə mübarizə, üçüncüsü təşkilatın institusional inkişafı və insan kapitalı, dördüncüsü beynəlxalq əməkdaşlıq və mütərəqqi yeniliklərin tətbiqi və beşinci isə dövlət qurumları ilə birgə işdir".