Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

Fevralın 15-də Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 103,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bankların dollar tələbi bu həftə ikinci dəfə 100 mln. dolları üstələyib. Fevralın 13-də keçirilən hərracda isə bankların tələbi 151,1 mln. dollar təşkil edib. AMB isə dollara tələbin yüksəlməsinin mövsümi xarakter daşıdığını, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədar olduğunu açıqlayıb.