Ötən il Azərbaycanda uşaqlara qoyulan quş adları - Kəklik, Bülbül, Durna...

Ötən il Azərbaycanda uşaqlara qoyulan quş adları - Kəklik, Bülbül, Durna...

Ötən il Azərbaycanda 127 uşağa Şahin adı qoyulub.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, digər quşlardan Tərlan adı 24 uşağa, Qumru 35, Durna 3, Turac 2, Kəklik və Bülbül adlarının hər biri isə 1 nəfərə verilib.

Bundan başqa, ötən il uşaqlara qoyulan adlar arasında digər canlılara məxsus isimlər də yer alıb. Belə ki, 352 uşağa Ahu, 195-nə Aslan, 16-na Maral, 15-nə Ceyran, 1-nə isə Bəbir adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.