Prezident İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Prezident İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.

“Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim” – dövlət başçısı qeyd edib.