KİV: Paşinyan hökumətdə “kadr inqilabı” həyata keçirmək niyyətindədir

KİV: Paşinyan hökumətdə “kadr inqilabı” həyata keçirmək niyyətindədir

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda hökumətdə “kadr inqilabı” həyata keçirmək niyyətindədir.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, Ermənistan hökumətinin rəhbəri bu barədə qərar qəbul edib, lakin dəyişiləcək kadrlar arasında ölkənin xarici işlər naziri Ararat Mirzoyan yoxdur və o, hazırda yeganə toxunulmaz şəxsdir.

“Görünür, onun fəaliyyəti həm Paşinyan, həm də hakim “Vətəndaş Müqaviləsi” partiyasının elitasını qane edir”, - nəşr yazıb və əlavə edib ki, hətta buna baxmayaraq, Paşinyanın fikrini dəyişə biləcəyi ehtimalı istisna olunmur.

“Paşinyan qanunverici orqanlarda çalışan və ona sadiq olanlara etibar edir, onları icra orqanlarına keçməyə dəvət edir, lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər”, - nəşr əlavə edib.

Həmçinin, qeyd olunub ki, Paşinyanın ümid yeri kadr bankıdır, lakin orada da namizəd tapa bilmir.