"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Mövsümü ilk "5-lik"də, hətta 4-cü pillədə də başa vura bilərik".

Bunu "Report"a açıqlamasında "Səbail"in futbolçusu Franko Mazurek komandanın cari mövsüm çıxışı barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi yaxşı nəticələr əldə etmək üçün bəzi aspektləri təkmilləşdirməli olduqlarını bildirib: "Həqiqət odur ki, hələlik istədiyimiz kimi çıxış edə bilmirik. Biz daha çox xal qazanmağa layiqik".

Azərbaycan çempionatının səviyyəsinin yaxşı olduğunu söyləyən argentinalı oyunçu XII turda səfərdə "Kəpəz"lə görüş haqqında fikirlərini bölüşüb: "Üst pillələrdəki komandalara çata bilmək üçün mütləq qələbə qazanmalıyıq. Həmişə daha yaxşı nəticələrə ümid etməliyik".

Mövsümün əvvəlindən "dənizçilər"də çıxış edən Mazurek Azərbaycana uyğunlaşması barədə də danışıb: "Fərqli ölkəyə və mədəniyyətə uyğunlaşmaq həmişə çətindir. Amma xoşbəxtlikdən klubdakı insanlar həmişə məni ailənin üzvü kimi qəbul edir. Belə olan təqdirdə hər şey asanlaşır".

2021/2022 mövsümündə Kiprin AEL (Limassol) klubunda çıxış edən futbolçu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi görüşləri də xatırlayıb: "Çox gözəl matçlar idi. Kiprdəki qarşılaşmada qalib gəlməli idik. Amma rəqib uzatma dəqiqələrində hesabı bərabərləşdirdi. Bakıda isə matçın sonlarında buraxdığımız qola görə uduzduq".

Futbol Futbol
“Sabah” Əlcəzair millisinin futbolçusunu transfer edib

“Sabah” Əlcəzair millisinin futbolçusunu transfer edib

Futbol Futbol
Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub

Futbol Futbol
Mesut Özil karyerasını başa vurub

Mesut Özil karyerasını başa vurub

Futbol Futbol
"Qalatasaray" Okan Burukla müqaviləni uzadıb

"Qalatasaray" Okan Burukla müqaviləni uzadıb

Futbol Futbol
Azərbaycanın FİFA hakimləri UEFA-nın seminarında iştirak edəcəklər

Azərbaycanın FİFA hakimləri UEFA-nın seminarında iştirak edəcəklər

Futbol Futbol
"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatıb

"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatıb

Futbol Futbol
Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub

Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub

Futbol Futbol
Azərbaycan millisinin üzvü "Anderlext"ə keçib

Azərbaycan millisinin üzvü "Anderlext"ə keçib

Futbol Futbol
Azərbaycan millisinin futzalçısı: "Qrup liderliyi üçün şansımız davam edir"

Azərbaycan millisinin futzalçısı: "Qrup liderliyi üçün şansımız davam edir"

Futbol Futbol
“Tirana”nın hücumçusu: “Cica Azərbaycanda “Qızıl buts” qazanacaq”

“Tirana”nın hücumçusu: “Cica Azərbaycanda “Qızıl buts” qazanacaq”

Futbol Futbol
Acun Ilıcalı daha bir futbol klubunu satın alıb

Acun Ilıcalı daha bir futbol klubunu satın alıb

Futbol Futbol
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-6

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-6