Gürcüstan XİN başçısı Türkiyədə rəsmi səfərdədir

Gürcüstan XİN başçısı Türkiyədə rəsmi səfərdədir

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Türkiyədə rəsmi səfərdədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Darçiaşvilinin türkiyəli həmkarı Hakan Fidanla, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşəcəyi bildirilib.