Azərbaycanda qeyri-neft sektoru üzrə dövriyyə 10 %-dən çox artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə dövriyyə 10 %-dən çox artıb

Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə dövriyyələrin həcmində artım göstəriciləri 10,2 %-in, ƏDV üzrə dövriyyələrdə 10,6 %-in, o cümlədən elektron qaimə-faktura üzrə dövriyyələrdə 15,6 %-in üzərində olub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" Forumunda deyib.

"Dövriyyələrin şəffaflaşmasında mühüm rol oynayan yeni nəsil nəzarət-kassa-aparatları üzrə dövriyyələrin həcmi 2023-cü ildə 22 milyard manata çatıb", - deyə O.Nəzərli əlavə edib.