Azərbaycan səfiri Kabildə Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan səfiri Kabildə Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabildə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.

O bildirib ki, görüş zamanı səfir Kabildə səfirliyin açılması ilə bağlı Əfqanıstan XİN başçısına rəsmi məktubu təqdim edib.