Dünya bazarlarında neft daha da ucuzlaşıb

Dünya bazarlarında neft daha da ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin aprel müqaviləsinin dəyəri 0,37% azalaraq 1 barelə görə 81,3 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,43% azalaraq 76,31 dollar olub.