İki sığorta şirkətinin "Yaşıl Kart" sığortası üzrə fəaliyyəti dayandırılıb

İki sığorta şirkətinin "Yaşıl Kart"  sığortası üzrə fəaliyyəti dayandırılıb

Azərbaycanda iki sığorta şirkəti "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyətini dayandırıb.

"APA-Economics" bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir. Büro "Yaşıl Kart" sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin siyahısından könüllü ləğv edilən “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” və “Naxçıvansığorta” ASC-ni çıxarıb. Bununla da "Yaşıl Kart" üzrə fəaliyyət göstərən şirkətlərin sayı 10-dan 8-ə enib.

"Yaşıl Kart" sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin yeni siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC.