Moskvada “İzvestiya Holl”da yanğın lokallaşdırılıb - YENİLƏNİB

Moskvada “İzvestiya Holl”da yanğın lokallaşdırılıb - YENİLƏNİB

Moskvanın mərkəzində yerləşən “İzvestiya Hall” binasının həyətində yanğın lokallaşdırılıb.

APA TASS-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar barədə xilasetmə xidmətinə məlumat daxil olmayıb.

Qeyd edək ki, yanğın Puşkin meydanında yerləşən “İzvestiya Hall” binasının həyətində istismarda olmayan tikililərdə meydana gəlib. Yanğının “İzvestiya Hall” binasına keçməsinə imkan verilməyib.

***

09.14

Moskvada “İsvestiya Hall” binası yanır.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının sürətlə böyüdüyü qeyd edilib.