“Google” şirkətinin Azərbaycandakı bazar payı azalıb

“Google” şirkətinin Azərbaycandakı bazar payı azalıb

Ötən ilin əvvəli ilə müqayisədə dekabrda “Google”nin Azərbaycandakı bazar payı 94.94 faizdən 91.94 faizədək azalıb.

Birxeber.Az-Economics” xəbər verir ki, ötən ilin əvvəli ilə müqayisədə dekabrda “Yandex”in Azərbaycanda bazar payı 3.98 faizdən 6.23 %-dək artıb. Qeyd olunan dövrdə süni intellektə bağlı olan “Bing” axtarış motorunun Azərbaycanda bazar payı 0.59 %-dən 0.87 faizədək artıb.

Ötən ilin əvvəli ilə müqayisədə digər axtarış motorları olan “DuckDuckGo”nun ölkə üzrə bazar payı 0.13 %-dən 0.15%-dək artıb.

“Petal Search“ axtarış motorunun ölkə üzrə bazar payı 0.02 faiz olub.