“Braqa”nın kapitanı “Qarabağ”la oyunu buraxa bilər

“Braqa”nın kapitanı “Qarabağ”la oyunu buraxa bilər

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Rikardo Orta UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyunu buraxa bilər.

“Report”un “ojogo.pt” saytına istinadən məlumatına görə, kapitan komandanın dünənki məşqində iştirak etməyib.

29 yaşlı hücumçu fiziki problemlər ucbatından kollektivdən ayrı zalda hazırlıq keçib. Ortanın ev matçında iştirakı sual altına düşüb.

Qeyd edək ki, Braqada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.