Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib

Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb.

“Birxeber.Az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib.

Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji bombardmançı təyyarəsi havaya qalxıb.

Təxminən səhər saat 5-də bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib və sonradan Ukraynanın bütün ərazisinə yayılıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Qara dənizdən “Kalibr” raketlərini buraxdığını bildirib.

Məlumata əsasən, səhər saat 8-dən sonra Kiyevdə partlayışlar baş verib. Dnepr və Zaporojyedə də yüksək səslə hava hücumundan müdafiə əməliyyatları aparıldığı bildirilib.