Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib

Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib

Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Yaqub Malik oğlu Dadaşovun üzərində 1 ədəd “Kalaşnikov” markalı AKMS avtomatı, 1 ədəd daraq və 30 ədəd 5.45 mm güllə aşkar edilərək müsadirə edilib.

Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Əhmədov Mirzəqulu Akif oğlunun üzərində 1 ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.