İsrail Nəbatiyyəni dronla vurub, dörd livanlı həlak olub

İsrail Nəbatiyyəni dronla vurub, dörd livanlı həlak olub

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatı ilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.

APA xəbər verir ki, bnu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 10-u yaralanıb.

Zərbə Meslaç yaşayış massivindəki üçmərtəbəli evə tuş gəlib.

Partlayış qonşu binalara və küçədə dayanmış avtomobillərə ziyan vurub.

Eyniadlı vilayətin inzibati mərkəzi olan Nəbatiyyənin 120 min nəfər əhalisi var.

,