ABŞ-də məktəbdə atışma olub, dörd şagird xəsarət alıb

ABŞ-də məktəbdə atışma olub, dörd şagird xəsarət alıb

ABŞ-nin Corciya ştatında məktəbdə atışma olub.

APA xəbər verir ki, bu barədə "Atlanta News First" bölgə nümayəndəsi məlumat yayıb.

Atlanta şəhərində baş verən hadisə nəticəsində 4 orta məktəb şagirdi yaralanıb.

Atışma məktəb binasının qarşısındakı dayanacaqda baş verib. Onlar xəstəxanaya çatdırılıblar, hazırda həyatları üçün təhlükə yoxdur. Hadisədən sonra məktəb bağlanıb.

Polis şübhəlilərin həbsi barədə açıqlama verməyib.