ABŞ-də çempionluğu qeyd edən azarkeşlər arasında atışma: bir ölü, 22 yaralı

ABŞ-də çempionluğu qeyd edən azarkeşlər arasında atışma: bir ölü, 22 yaralı

ABŞ-nin Kanzas şəhərində atışma olub.

APA xəbər verir ki, hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çümpionluq sevincində baş verib.

Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çümpionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib.

Meydandakı Birlik Stansiyasının qərb hissəsində atəş səslərinin eşidildiyini bildirən polis qeyd edib ki, bayrama qatılan ən azı 10 nəfər güllələnib və yaralanıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 22-si isə yaralanıb.

Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.