Rusiyada meymunçiçəyi virusuna iki yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyi virusuna iki yoluxma qeydə alınıb

Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında meymunçiçəyinə iki yoluxma halı aşkarlanıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Rospotrebnadzor şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Xəstəlik Honq-Konq (Çin Xalq Respublikası) inzibati rayonuna turist səfərindən qayıdan iki nəfər meymunçiçəyinə yoluxub”, - məlumatda deyilir.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.