Putin: Almaniyadakı hazırkı nəsil Hitlerə görə məsuliyyət daşımamalıdır

Putin: Almaniyadakı hazırkı nəsil Hitlerə görə məsuliyyət daşımamalıdır

Rusiya Prezidenti Vladimir Putin nasist Almaniyasının hərəkətlərinə görə bütün məsuliyyəti müasir dövrdəki Almaniya xalqının üzərinə qoymağı düzgün hesab etmir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə dövlət başçısı jurnalist Pavel Zarubinə Kremlin teleqram kanalında yayımlanan müsahibəsində bildirib.

“Düşünmürəm ki, Almaniyadakı hazırkı nəsil nasist Almaniyasının etdiyi hər şeyə görə tam siyasi məsuliyyət daşımalıdır”, – Putin Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olmasına dair məlumatları şərh edərkən deyib.

“Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və sairdə etdiklərinə görə indiki nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Hesab edirəm ki, bu ədalətsizlik olardı”, – o vurğulayıb.

Siyasətçinin fikrincə, “damğanı bütün alman xalqına vurmaq düzgün deyil”.