Mingəçevirdə taksi sürücüsü olan 60 yaşlı kişinin meyiti evindən tapılıb - YENİLƏNİB-1

Mingəçevirdə taksi sürücüsü olan 60 yaşlı kişinin meyiti evindən tapılıb - YENİLƏNİB-1

Mingəçevirdə mənzildən çürümüş insan meyiti aşkarlanıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanındakı binada qeydə alınıb.

Çağırış əsasında ünvana baxış keçirən FHN-in xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar.

Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur.

Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuları bildirib ki, ondan 10 gündür xəbər almayıblar.

Blokdan pis qoxu gəldiyini hiss edən qonşular aidiyyatı orqanlara məlumat veriblər.

Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Emin Babayev

***

Saat 21:16

Mingəçevirdə 60 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.

APA xəbər verir ki, Mingəçevir şəhər sakini, 1964 təvəllüdlü Hacıyev Zakir Zülfü oğlunun yaşadığı ünvanda meyiti aşkarlanıb.

Onun spirtli içki aludəçisi olduğu bildirilir.

***

Saat 20:45

Mingəçevir şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.