Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini fevralın 19-da təsdiq edə bilər

Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini fevralın 19-da təsdiq edə bilər

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini fevralın 19-da təsdiq edə bilər.

“Birxeber.Az” “EUobserver”ə istinadən xəbər verir ki, bu, Aİ-nin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündən sonra baş verə bilər.

Portal bildirib ki, Aİ sanksiyalar paketinə 193 fiziki və hüquqi şəxsin daxil edilməsini təklif edir. Bundan başqa, Aİ uşaqları Ukraynadan zorla deportasiya etmək ittihamı ilə məhdudiyyətlər siyahısına dörd Belarus vətəndaşını da əlavə etmək niyyətindədir.

Fevralın 19-da Brüsseldə Aİ xarici işlər nazirlərinin planlaşdırılan görüşü baş tutacaq. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketi Ukraynadakı müharibənin ikinci ildönümünə qədər təsdiq edilməlidir.