Eldar Əzizov qiymətlər barədə danışıb

Eldar Əzizov qiymətlər barədə danışıb

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Xətai rayonu Əhmədli qəsəbəsinin sakinləri ilə görüşü olub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Birxeber-ya verilən xəbərə görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Bakı şəhərinin və Xətai rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saatdan çox ayaq üstə zala toplaşan 300 nəfərdən çox Əhmədli sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dünyada baş verən mürəkkəb proseslər, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatı böyük sarsıntılar yaşayır. Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində neqativ proseslər ölkəmizdə o qədər də hiss edilmir.

Xüsusi olaraq vurğulanıb ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda isə bu 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belorusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir. Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışdı. Bildirdi ki, mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır.

Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır və bu da ölkə başçısı cənab İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsidir.

Görüş zamanı Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb. Qeyd edilib ki, Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində artıq xalqımızın tarixi yaddaşı bərpa edilib və möhkəmlənib.

Sonra Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəsi Kamal Quluzadə qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 30 nəfərdən çox qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Əhmədli qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, binaların dam örtüklərinin təmiri, məşğulluq, həyətlərin abadlaşdırılması və s. olub.

Görüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Sosial Sosial
FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı

FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı

Sosial Sosial
Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçiriləcək

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçiriləcək

Sosial Sosial
Bakıda Zərifə xanımın xatirəsi anıldı - FOTO

Bakıda Zərifə xanımın xatirəsi anıldı - FOTO

Sosial Sosial
Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb

Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb

Sosial Sosial
Quba və Qusarda nadir bitki növləri tədqiq edilib - FOTO

Quba və Qusarda nadir bitki növləri tədqiq edilib - FOTO

Sosial Sosial
Bakının bu rayonunda yaşayış binası

Bakının bu rayonunda yaşayış binası

Sosial Sosial
Bakıda avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq

Bakıda avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq

Sosial Sosial
Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub

Sosial Sosial
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Sosial Sosial
Beyləqanda sümük qalıqları aşkarlandı: Araşdırma aparılır

Beyləqanda sümük qalıqları aşkarlandı: Araşdırma aparılır

Sosial Sosial
Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhid olduğu günüdür

Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhid olduğu günüdür

Sosial Sosial
Bakıda obyektlərdə qaz balonlarının vəziyyəti ilə bağlı reydlər keçirilib - FOTO

Bakıda obyektlərdə qaz balonlarının vəziyyəti ilə bağlı reydlər keçirilib - FOTO