Şabranda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Şabranda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Shacman" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində, 3 nəfər yaralanıb.

48 yaşlı Vəfadar Talıbov, 44 yaşlı Günay Talıbova və 16 yaşlı Nəcəfqulu Talıbov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda fakt araşdırılır.