Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “Shacman” və “Ford” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 1976-cı il təvəllüdlü Talıbov Vəfadar Nəcəfqulu oğlu, 1980-cı il təvəlludlü Talıbova Günay Əlhəsən qızı və onların övladı 2008-ci il təvəlludlü Talıbov Nəcəfqulu Vəfadar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.